ƏRƏB ÖLKƏLƏRİ İRAQIN ENERJİ SİSTEMİNİN BƏRPASINA 2 MİLYARD DOLLAR AYIRACAQLAR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, İraq ərəb ölkələrindən enerji sisteminin bərpasına yardım göstərməyi xahiş etmişdir. Həmin ölkələrin bu məqsədlə 2 milyard dollar ayıracağı gözlənilir. ABŞ da İraqın enerji sektoruna 6 milyard dollar vəsait qoymağı vəd etmişdir.
İraqın energetika naziri bildirmişdir ki, xarici yardıma baxmayaraq, onun ölkəsi hər gün 13 min meqavat elektrik enerjisi qıtlığı hiss edir. Türkiyə və Suriya ölkənin ehtiyaclarının ancaq bir hissəsini təmin edir. Onun sözlərinə görə, İraqın enerji təchizatı sistemi Səddam Hüseyn hakimiyyəti dövründə bərbad vəziyyətə salınmışdı və hazırda yenidən qurulmağa ehtiyacı vardır. Nazirin fikrincə, ilk növbədə, elektrik stansiyaları bərpa edilməlidir.