DÜNYA


ARAL DƏNİZİ YAXIN ONİLLİKLƏR ƏRZİNDƏ TAM QURUYA BİLƏR

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, BMT-nin Avropa İqtisadi Komissiyası və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının ekspertləri Aral dənizinin quruması problemləri ilə bağlı tədqiqatlar apardıqdan sonra bu qərara gəlmişlər ki, dənizin yaxın onilliklər ərzində tam quruması ehtimalı getdikcə güclənir.

Tədqiqatçıların dediklərinə görə, Aral dənizinə tökülən Sırdərya və Amudərya çaylarındakı suyun 90 faizi bu nadir gölə çatmamış istifadə olunur ki, ekoloji fəlakətin mənbəyini burada axtarmaq lazımdır. Son 35 il ərzində Aralın sahəsi 66 min kvadratkilometrdən 28 min kvadratkilometrədək azalmış, təxminən 30 min kvadratkilometr ərazi səhralığa çevrilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.