İDMAN
“ARAZ” UEFA KUBOKU TURNİRİNDƏ ÇIXIŞINI QƏLƏBƏ İLƏ BAŞA VURMUŞDUR
AZƏRTAC xəbər verir ki, UEFA futzal kuboku çərçivəsində üçüncü qrupun Bosniya və Herseqovinada keçirilən oyunları başa çatmışdır.
Ölkəmizi turnirdə təmsil edən Naxçıvanın “Araz” komandası ilk görüşdə Belçika çempionu “Morlanvels” klubu ilə heç-heçə oynamışdır (4:4). Növbəti oyunda meydan sahibi Bosniya və Herseqovinanın “Karaka” klubuna 4:2 hesabı ilə yenilən futzalçılarımız, son görüşdə Hollandiyanın “De Hommel” kollektivi üzərində 3:0 hesabı ilə qələbə qazanaraq 4 xalla qrupda 3-cü yeri tutmuşlar.
Növbəti mərhələyə isə “Karaka”nı 1:0 hesabı ilə məğlub edən “Morlanvels” klubu vəsiqə qazanmışdır.