İDMAN
“ARAZ” VƏ “AZFEN” BEYNƏLXALQ TURNİRDƏ NÖVBƏTİ QƏLƏBƏLƏRİNİ QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, martın 12-də Bakı İdman Sarayında Novruz bayramına həsr olunmuş beynəlxalq futzal turnirinin ikinci turunun görüşləri keçirilmişdir.
Azərbaycan çempionu “Araz” və Qazaxıstanın “Aktobe” klubları arasındakı oyun daha gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalmışdır. Görüş 6:2 hesablı “Araz”ın qələbəsi ilə başa çatmışdır.
Digər Bakı klubu “Azfen” isə Rusiyanın “Kaspi” komandasını 5:4 hesabı ilə məğlub etmişdir. Səkkizqat Rusiya çempionu “Dina” ilə Gürcüstanın “Sentr Point” komandaları arasındakı qarşılaşma isə rusların qələbəsi ilə nəticələnmişdir - 3:0.
Martın 13-də, üçüncü turda “Aktobe”-“Kaspi”, “Sentr Point”-“Araz”, “Azfen”-“Dina” görüşləri keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]