İQTİSADİYYAT


ARDNF-in aktivlərinin 74 faizi istiqrazlar və pul bazarı alətləridir

Bakı, 26 aprel, AZƏRTAC

Cari il martın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 74 faizi istiqrazlar və pul bazarı alətləri, 13,4 faizi səhmlər, 5,2 faizi daşınmaz əmlak və 7,4 faizi (71,75 ton) isə qızıl təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft Fondunun 2019-cu ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.