İQTİSADİYYAT
ARDNŞ-DƏ YENİ STRUKTURLAR YARADILMIŞDIR
Azərbaycan Dövlət Neft Şirkətinin idarə olunmasının səmərəliliyini artırmaq və müasir standartlara cavab verən yeni idarəetmə mexanizmi yaratmaq məqsədilə aparılan islahatlar davam etdirilir. Şirkətin İşlər İdarəsindən AZƏRTAC-ın müxbirinə dildirmişlər ki, ölkə Prezidenti Heydər Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli Fərmanına uyğun olaraq, ləğv edilən strukturların bazasında yeniləri yaradılmışdır. Belə ki, “Maliyyə-iqtisad idarəsi”nin əsasında “Mərkəzi mühasibatlıq”, “Əmək və plan şöbəsi”nin əvəzinə isə “İqtisadi təhlil, proqnozlaşdırma və əmək haqqı şöbəsi” yaradılmışdır. Bundan sonra şirkətdə daha üç yeni struktur-“Elm, texnika və energetika”, “Dəniz nəqliyyatı”, həmçinin “Nəqliyyat və sosial inkişaf” şöbələri fəaliyyət göstərəcəkdir. Əvvəllər mövcud olan bəzi xidmətlər şöbələrlə əvəz olunmuşdur. Şirkətin Mətbuat xidməti isə İşlər İdarəsinin struktur bölməsinə çevrilmişdir.