ARDNŞ EKOLOGİYAYA DİQQƏTİ ARTIRIR
AzerTAg.az
06.02.2007 [19:29]
Fevralın 6-da Dövlət Neft Şirkətinin Ekologiya idarəsinin təşkilatçığı ilə “Səmərəli Ekoloji Fəaliyyət mexanizminin qurulması və əməkdaşlıq istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın 200 ildən artıq müddət ərzində istismar edilən bir çox yataqlarında gərgin ekoloji vəziyyət yaranmış, torpaq sahələri neft, lay suları, qazma şlamı və s. ilə çirklənmişdir. Seminar-müşavirədə vurğulanmışdır ki, bunu nəzərə alaraq, Prezident İlham Əliyevin tapşırığı ilə ötən ildən Abşeron yarımadasında təxminən 33 hektardan artıq neftlə çirklənmiş ərazinin təmizlənməsinə başlanmışdır. Beynəlxalq standartlara və qüvvədə olan normalara cavab verən ekoloji işlərin, kompleks tədbirlərin həyata keçirilməsi, neft-qaz hasilatı və emalı prosesində ekoloji təhlükəsizliyin təmin olunmasında qarşıya çıxan problemlərin həlli, müəssisələrin fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və digər problemlərin aradan qaldırılması məqsədi ilə Dövlət Neft Şirkətində Ekologiya idarəsi yaradılmışdır.
Bildirilmişdir ki, Bibiheybət zonasında yararsız hala düşmüş 526 hektar sahənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, Muradxanlı ərazisində çirklənmiş torpaqların rekultivasiya edilməsi, Abşeron yarımadasında yerləşən neft və qazçıxarma idarələrinin fəaliyyət zonalarında neftlə və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin, lay suları altında qalmış sahələrin müəyyənləşdirilməsi və yarımadanın irimiqyaslı ekoloji xəritəsinin hazırlanması sahəsində işlər görülür. Bundan əlavə, Ekologiya idarəsi 2007-ci ildə atmosfer havasının nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirklənməsinin qarşısını almaq məqsədi ilə nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin gücləndirilməsi üçün 3 ədəd stasionar ölçü məntəqəsinin yaradılması işlərini də həyata keçirəcəkdir. Xəzər dənizinin Azərbaycan sektorunun böyük bir hissəsində fəaliyyət göstərən xarici neft şirkətlərinin işinə də nəzarət olunmalı, onların ekoloji qaydalara riayət etməsi üçün lazımi tədbirlər görülməlidir.
Seminar-müşavirədə ARDNŞ-in tabeliyində olan idarə və müəssisələrin ekoloji şöbələrində ətraf mühitin qorunması problemlərinin aradan qaldırılması istiqamətində hazırlanmış təkliflər də dinlənilmiş, qaldırılan məsələlərin həlli yolları müzakirə olunmuşdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
07.06.2023 [10:25]
07.06.2023 [10:04]
MULTİMEDİA
07.06.2023 [13:21]
07.06.2023 [10:37]
06.06.2023 [20:10]
06.06.2023 [18:39]
07.06.2023 [12:54]
07.06.2023 [12:46]
07.06.2023 [11:36]
07.06.2023 [12:51]
07.06.2023 [12:48]
07.06.2023 [13:13]
07.06.2023 [13:09]
07.06.2023 [13:06]
07.06.2023 [13:04]
07.06.2023 [11:49]
07.06.2023 [11:13]
06.06.2023 [13:06]
06.06.2023 [13:01]
07.06.2023 [11:45]
07.06.2023 [11:20]
06.06.2023 [17:02]
07.06.2023 [12:30]
07.06.2023 [11:31]
07.06.2023 [10:23]
06.06.2023 [18:39]
07.06.2023 [13:11]
07.06.2023 [13:08]
07.06.2023 [12:52]
Xəbərin mətnində orfoqrafik səhv var