İQTİSADİYYAT
ARDNŞ-İN “ŞAHDƏNİZ” LAYİHƏSİNDƏ ÖZ PAYINI MALİYYƏLƏŞDİRMƏSİ İLƏ BAĞLI PROBLEMİ YOXDUR
O demişdir ki, ARDNŞ-in həmin layihədə payının bir hissəsinin maliyyələşdirilməsinə kredit ayrılması məsələsi ilə əlaqədar Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbərliyi zəmanət vermiş və bu bankın Kredit Departamenti ilə ilkin razılıq əldə olunmuşdur. AYİB tərəfindən kredit ayrılması haqqında qərarın ilin sonunadək qəbul ediləcəyi gözlənilir.
Məlum olduğu kimi, AYİB “Şahdəniz” layihəsi üçün ARDNŞ-ə 200 milyon dollar ayırmaq niyyətindədir. Bunun 100 milyonunu AYİB-in özü, qalanını isə bir sıra özəl banklar birlikdə ayıracaqlar.
Hazırda ARDNŞ öz payını özü maliyyələşdirir. Bu məqsədlə xüsusi hesab açılmışdır və “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi çərçivəsində ARDNŞ-in “Çıraq”dan hasil etdiyi özünün mənfəət neftinin satışından götürülən gəlir bu hesaba köçürülür.
İlin sonunadək ARDNŞ “Şahdəniz”in işlənilməsinin birinci mərhələsi üçün öz vəsaitindən 40 milyon dollar ayıracaqdır.
Xatırladaq ki, “Mərhələ-1”in dəyəri 3,2 milyard dollardır, bunun 2,3 milyardı yatağın işlənilməsinə və qaz hasilatına, 0,9 milyardı isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə xərclənəcəkdir.