İQTİSADİYYAT


ARDNŞ-NIN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ MARKETİNQ SORĞULARI ELAN EDİB

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Marketinq və iqtisadi əməliyyatlar idarəsi martın 19-da Novorossiysk limanından 450 min barrel həcmində REBCO markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan etmişdir. Martın 27-də yekun vurulacaq sorğunun nəticələri ertəsi gün elan olunacaq. Neft isə aprelin 24-25-də ixrac ediləcəkdir.
Martın 19-da ARDNŞ-nin Marketinq və iqtisadi əməliyyatlar idarəsi aprelin 15-dən 17-dək Ceyhan limanından 1 milyon barrel həcmində Azeri Light markalı xam neft partiyasının ixracına dair də marketinq sorğusu elan etmişdir. Bu sorğuya martın 28-də yekun vurulacaq, nəticə martın 29-da elan ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.