İQTİSADİYYAT
ARDNŞ TAİLAND ŞİRKƏTİ İLƏ UZUNMÜDDƏTLİ MÜQAVİLƏ BAĞLAMIŞDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın davamlı şəkildə yüksəlməsi Azərbaycan neftinin dünya bazarında rəqabət qabiliyyətinin artırılması və qiymətinin yüksək səviyyədə saxlanılması məsələlərini aktuallaşdırmışdır. Bu baxımdan Azeri Light xam neftinin Aralıq dənizi bazarında cəmlənməsinin qarşısının alınması, Amerika, Asiya və Uzaq Şərq bazarlarında bu neft üçün möhkəm və sabit bazarın yaradılması vacib şərtlərdən sayılır.
Bu məqsədlə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Tailandın “PTT Public Company Limited” şirkəti ilə xam neftin ixracına dair 1 il müddətinə müqavilə bağlamışdır. Müqavilə ayda 1 milyon barrelədək Azeri Light xam neftinin Ceyhan limanından Tailandın neft emalı müəssisələrinə daşınmasını nəzərdə tutur. Bu müqavilə neft emal edən şirkətlə ARDNŞ-nin birbaşa bağladığı ilk uzunmüddətli müqavilədir. “PTT Public Company Limited” Tailandın iri neft şirkətlərindəndir, ölkənin gündə 925 min barrel emal gücünə malik 4 neft emalı müəssisəsində iştirak payı vardır.
Müqavilə Asiya və Uzaq Şərq bölgəsində Azərbaycan nefti üçün yeni bazarın formalaşmasına, bu bazarda ARDNŞ-nin mövqeyinin möhkəmlənməsinə xidmət göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]