İQTİSADİYYAT
ARDNŞ YANVAR-APREL AYLARINDA 3 MİLYON TONA YAXIN XAM NEFT HASİL ETMİŞDİR
Azərbaycan Dövlət Neft Şirkətinin dənizdəki və qurudakı yataqlarından 2004-cü ilin yanvar-aprel aylarında 2 milyon 970,2 min ton neft çıxarılmışdır ki, bu da nəzərdə tutulandan 78,2 min ton çoxdur.
Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hasilat neftinin 2 milyon 668,4 tonu “Azneft” İstehsalat Birliyinin neft-qazçıxarma idarələrinin payına düşmüşdür.
Müqavilə əsasında fəaliyət göstərən müştərək müəssisələr və əməliyyat şirkətləri də ilin ilk dörd ayını uğurla başa vurmuşlar. Bu qurumlarda çalışan neftçilər proqnozdan 54,5 min ton çox, yəni 301,8 min ton neft hasil etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:40]
“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək
- 25.04.2024 [16:34]