MƏDƏNİYYƏT


“ARD” telekanalı saytında Çingiz Mustafayevin ifa etdiyi “Truth” mahnısından videoçarx yerləşdirib

Berlin, 24 aprel, AZƏRTAC

“ARD” telekanalının internet səhifəsində bu il İsraildə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Çingiz Mustafayevin ifa etdiyi “Truth” mahnısının klipi və bu klipə dair müxtəlif insanların fikirlərinin əks olunduğu videoçarx yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqənin şərhçisi Peter Urban musiqinin tam müasir bəstə olduğunu, onun Amerikada istehsal edilən musiqi kliplərindən fərqlənmədiyini, aktrisa Katrin İngendoh bu musiqini gözəl səsləndiyini və musiqi klubları tərəfindən bəyəniləcəyini, NDR2 telekanalının redaktoru Tomas Mor Çingizin 300 ifaçı arasından seçildiyini bundan sonra isə beynəlxalq səviyyəli bəstəkarların axtarıldığını və mahnının hazırlandığını, moderator və DJ Larissa Ris mahnının gözəl səsləndiyini qeyd ediblər.

Çingiz Mustafayevin ifa etdiyi mahnının klipi “Das Erste” telekanalının internet səhifəsində də yerləşdirilib.

Qeyd edək ki, Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda 18-ci nömrə ilə təmsil edəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.