İDMAN
“ARSENAL” ÇEMPİONLAR LİQASI TURNİRİNİN FİNALINDA
Oyun meydan sahiblərinin böyük üstünlüyü şəraitində keçsə də, ispanlar bir çox əlverişli imkandan, hətta onbirmetrlik cərimə zərbəsindən də istifadə edə bilməmişlər. Əsas vaxtın sonuna bir dəqiqə qalmış təyin edilən penaltini “Vilyarreal”ın argentinalı hücumçusu Rikelme boşa çıxarmış, topu qapının sol küncündən qaytarmış qapıçı Lemanı görüşün qəhrəmanına çevirmişdir. Beləliklə, qolsuz bərabərliklə (0:0) qurtarmış oyundan sonra, Londonda keçirilmiş birinci görüşdə 1:0 hesabı ilə qalib gəlmiş “Arsenal”, tarixində ilk dəfə olaraq, Çempionlar liqası turnirinin finalına vəsiqə qazanmışdır.
İngilislərin rəqibi bu gün keçiriləcək daha bir yarımfinal oyunundan –
“Barselona”-“Milan” görüşündən sonra məlum olacaqdır. Qeyd edək ki, ilk görüşdə ispanlar rəqib meydançasında 1:0 hesabı ilə güclü italyan klubunu məğlub etmişdir.