MƏDƏNİYYƏT
“ARŞIN MAL ALAN” İNTERNET SAYTINDA
Mərasimdə mədəniyyət nazirinin müavini, Azərbaycan MEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti Vasif Adıgözəlov, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, professor Zemfira Cəfərova və başqaları çıxış edərək “Musiqi dünyası” jurnalının bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmişlər.
Qeyd olunmuşdur ki, “Arşın mal alan” operettasının 90 illik yubileyinə həsr olunmuş sayt Azərbaycan, rus və ingilis dillərində işıq üzü görmüşdür. Səkkiz bölmədə - tamaşaların coğrafiyası, notlar, foneteka, videoteka, libretto, ədəbiyyat, “Arşın mal alan”a aid bölmələrdə “Arşın mal alan” filmindən, operettasından fraqmentlər, fotoşəkillər, əsər haqqında müxtəlif qəzet materialları və əsərdən parçalar toplanmışdır.
İnternet saytının hazırlanmasında Dövlət musiqi mədəniyyəti muzeyində, Ü.Hacıbəyovun ev-muzeyində, Dövlət ədəbiyyat və incəsənət arxivində və C.Cabbarlı adına Dövlət teatr muzeyində saxlanılan fond materiallarından istifadə olunmuşdur.