MƏDƏNİYYƏT


“ARTEK”DƏ UŞAQ YARADICILIĞI VƏ SÜLH BAYRAMI

AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Dünyanı yaxşılığa doğru dəyişdirək!” beynəlxalq festivalında iştirak edən Azərbaycan Uşaqlar Birliyinin uşaq rəqs kollektivi iyulun 15-dən Krımdakı “Artek” Beynəlxalq uşaq mərkəzindədir. Uşaq yaradıcılığına bu baxış Azərbaycanın da daxil olduğu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının himayəsi ilə keçirilir.

Festivalın təşkilatçıları Ukrayna Prezidentinin İcra Aparatı, Xarici İşlər Nazirliyi, Dövlət Ailə və Gənclər İşləri Komitəsi, Ümumukrayna Ümid və Xeyirxahlıq Fondudur.

Buraya Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən göndərilən 25 gənc istedadımız iyulun 28-də digər iştirakçılarla birlikdə “Artek”də festivalın başlıca hadisəsini – Sülh gününü qeyd edəcəklər.

Həmin gün Ukrayna hökumətinin üzvləri, ölkədəki diplomatik korpusun nümayəndələri, tanınmış siyasətçilər və ictimai xadimlər uşaqların qonağı olacaqlar. Tədbirdə Azərbaycanı respublikamızın Ukraynadakı səfiri Tələt Əliyev təmsil edəcəkdir.

Festival avqustun 4-də başa çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.