DÜNYA


ARXEOLOQLAR TÜRKLƏRİN ANADOLUDA 3 MİN 200 İL BUNDAN ƏVVƏLKİ İZLƏRİNİ AŞKAR ETMİŞLƏR

 

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, arxeoloqlar Anadolunun şimal-şərqində aparılan qazıntılar zamanı iti və atı ilə birgə dəfn olunmuş şəxsin məzarını aşkar etmişlər. Onlar bu qəbrin Orta Asiyadan 3 min 200 il əvvəl gəlmiş bir türk qəbiləsinə aid olduğu qənaətindədirlər.

Atatürk Universitetinin dosenti Alpaslan Ceylanın sözlərinə görə, bu qəbrin aşkar olunması Anadolu tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir və Orta Asiya ilə Anadolu arasında bağların bir neçə minilliyə söykəndiyini sübut edir. Arxeoloji tədqiqatlara antropoloqların da cəlb olunduğunu bildirən alim, insanın atı və iti ilə birlikdə dəfn olunması adətinin Orta Asiyadakı qədim türk tayfalarına məxsus olduğunu söyləmişdir. Bu cür qəbirlər, əsasən, Krım ərazisində çoxluq təşkil edir və türklərin kurqan qəbirləri ənənələrinə uyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.