CƏMİYYƏT
“ASAN Kadr” vasitəsilə 1362 könüllü işlə təmin olunub
Bakı, 28 yanvar, AZƏRTAC
“ASAN xidmət”də böyük bir könüllülər ordusu var. Ümumilikdə, “ASAN xidmət”də 21 mindən çox könüllü məzun olub. Onlardan 4105-i ötən ilin payına düşür. Könüllülər 550-dən çox, ötən il isə 118 sosial layihə həyata keçiriblər. Bununla yanaşı, “ASAN xidmət”də 50-ə yaxın yaşlı, 51 fiziki məhdudiyyətli könüllü fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yanvarın 28-də keçirilən mətbuat konfransında məlumat verib.
Agentliyin sədri, həmçinin bildirib ki, “ASAN kadr” “ASAN xidmət” könüllülərinin sonradan işlə təminatı üçün bir platformadır: “Burada həm şirkətlər, həm də işaxtaran könüllülər qeydiyyatdan keçirlər. “ASAN Kadr” vasitəsilə 1362 könüllü işlə təmin olunub. Onlardan 439-u “ASAN xidmət” mərkəzlərində, digərləri isə ayrı-ayrı dövlət qurumları və özəl şirkətlərdə işə götürülüblər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]