CƏMİYYƏT


“ASAN Könüllüləri” Təşkilatının “FotoMən 3” layihəsinə start verilib

Bakı, 14 sentyabr, AZƏRTAC

“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin, Dövlət Məşğulluq Agentliyinin və “YARAT” Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə start verilən “FotoMən 3” layihəsinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, açılış mərasimindən sonra ilkin təlim keçirilib.

Azərbaycanda ilk dəfə gənclər üçün fotoqrafiya sahəsində ödənişsiz şəkildə təşkil olunmuş “FotoMən” layihəsinin əsas məqsədi ölkəmizdə gənc fotoqrafların yetişməsinə töhfə verməkdir.

Layihədə müsahibə yolu ilə seçilmiş 50 iştirakçı fotoqrafiya ilə bağlı müxtəlif təlimlərdə iştirakla yanaşı studiya çəkilişlərində iştirak edəcək, qrup işlərini və fərdi tapşırıqları yerinə yetirəcək. Həmçinin Dövlət Məşğulluq Agentliyi tərəfindən layihədə iştirak edən 15 nəfərədək gənc fotoaparat və digər texniki avadanlıqlarla təmin ediləcək.

Layihənin yekununda iştirakçıların çəkdiyi şəkillərdən ibarət fotosərgi təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.