CƏMİYYƏT


“ASAN Könüllüləri” ulu öndər Heydər Əliyevə həsr olunan tədbirləri davam etdirirlər

Bakı, 10 may, AZƏRTAC 

“ASAN xidmət” və “ASAN Könüllüləri” Ulu Öndərin siyasi kursunun,azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə silsilə tədbirləri davam etdirirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən bu tədbirlər regionlarda yerləşən Heydər Əliyev mərkəzlərində mayın 1-dən etibarən başlayıb.

Tədbirlər zamanı “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında “Heydər Əliyev irsi” mövzusunda intellektual yarışma təşkil olunub, veloyürüş keçirilib, Ulu Öndərə həsr olunan müxtəlif kompozisiyalar nümayiş etdirilib, şerlər və musiqi parçaları səsləndirilib. Həmçinin ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunan sənədli filmlərin nümayişi gerçəkləşdirilib.

Respublikamızın regionlarında davamlı olaraq bu mövzuda tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.