MƏDƏNİYYƏT
“ASAN Könüllüləri”nin “Ölkəm mənim” fotomüsabiqəsinin final mərhələsi keçirilmişdir VİDEO
Bakı, 27 may (AZƏRTAC, Şahin Əliyev). Mayın 27-də Bakı şəhərindəki 1 saylı “ASAN xidmət” mərkəzində “Ölkəm mənim” fotomüsabiqəsinin final mərhələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 28 May – Respublika Gününə həsr olunan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi və “ASAN Könüllüləri” Gənclər Təşkilatının təşəbbüsü ilə reallaşmışdır.
Bildirilmişdir ki, fotomüsabiqədə “ASAN xidmət” mərkəzindən 200 könüllü iştirak etmişdir. Onlardan 30-u müsabiqənin ikinci, 12-si isə final mərhələsinə keçmişdir.
Münsiflər heyətinin və sosial şəbəkə istifadəçilərinin səsverməsinin nəticələrinə əsasən qaliblər seçilmişdir.
Müsabiqədə birinci, ikinci, üçüncü yerləri tutanlar müvafiq olaraq planşet, iPod və elektron fotoçərçivə ilə mükafatlandırılmışlar.
Final mərhələsinin iştirakçılarına isə fəxri fərmanlar təqdim edrilmişdir.