CƏMİYYƏT


“ASAN Məktub” arzuları gerçəkləşdirir

Bakı, 13 sentyabr, AZƏRTAC 

“ASAN Məktub” layihəsi çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı, “Bakcell” şirkəti və “Məktəblinin Dostu” layihəsinin birgə əməkdaşlığı ilə “Bilik günü” ərəfəsində tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə paytaxtın Binəqədi rayonu Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbdə təhsil alan 25 şagirdə “Bakcell” şirkəti tərəfindən məktəbli çantası və ləvazimatları hədiyyə edilib.

“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini daha da artırmaqdır.

Qeyd edək ki, indiyədək www.asanmektub.az saytına 3757 müraciət olub və bunlardan 3663-ü reallaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.