REGİONLAR


“ASAN Məktub” sosial proqramı çərçivəsində astaralı şagirdlərə və müəllimlərə kompüterlər hədiyyə edilib VİDEO

Astara, 4 noyabr, Bağır Əliyev, AZƏRTAC

Noyabrın 4-də “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində Astara rayonunun Qapıçıməhəllə kəndindəki şəhid Əzizağa Əliyev adına kənd ümumi orta məktəbinin şagird və müəllimlərinə kompüterlər hədiyyə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, proqram çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı və İTSOL MMC-nin birgə təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Qapıçıməhəllə kənd ümumi orta məktəbinə 33 ədəd “Lenovo” kompüteri təqdim olunub.

Kənddə yaşayan uşaqların informasiya resurslarına çıxışı və texnoloji savadlılığı, həmçinin onlayn təhsilə dəstək məqsədilə kompüterlərdən 5-i şagird və müəllimlərin istifadəsi üçün məktəbə, 28-i isə məktəbin V-IX sinif şagirdlərinə hədiyyə edilib.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Qapıçıməhəllə kənd ümumi orta məktəbi üçün 96 şagird yerlik modul tipli yeni məktəb binası quraşdırılaraq istifadəyə verilib. Məktəbin tarix müəllimi Həbib Əlizadə Təhsil Nazirliyinin qrant müsabiqəsinin qalibi kimi məktəbdə Voltram Robottexnika Mərkəzi yaradıb. Mərkəzin üzvlərindən 4 şagird Bakıda təşkil edilmiş “STEAM” sərgisində 2 qızıl və 2 gümüş medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.