CƏMİYYƏT


“ASAN Yay Festivalı”na yekun vurulub

Bakı, 7 sentyabr, AZƏRTAC 

“ASAN Könüllüləri” Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə növbəti “ASAN Yay Festivalı” Bərdə rayonunda keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev parkında keçirilən festival çərçivəsində müğənni Damlanın konserti təşkil olunub. Xeyli sayda tamaşaçının iştirak etdiyi tədbirdə, həmçinin Dj Bazaur musiqilər təqdim edib.

“ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

Yay mövsümü müddətində Masallı, Mingəçevir, İmişli, Quba “ASAN Həyat” komplekslərində və Gəncə, Sabirabad, Bərdə “ASAN xidmət” mərkəzlərində ümumilikdə yeddi festival keçirilib.

Bununla “ASAN Yay Festivalı”na yekun vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.