İQTİSADİYYAT


ASAN könüllüləri SOCAR-da təcrübə keçəcəklər

Bakı, 12 oktyabr, AZƏRTAC

SOCAR və “ASAN xidmət” arasında əməkdaşlıq müqaviləsi çərçivəsində ASAN könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri nəzərdə tutulur.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq ASAN könüllülərinin iki qrupu SOCAR-ın idarə və müəssisələrində ödənişsiz təcrübə keçib.

Könüllülərin növbəti qrupu təcrübi bilik qazanmaq məqsədilə müraciət edib və 45 nəfərin müraciəti qəbul olunub. Müvafiq müsabiqə prosedurunu (test imtahanı və müsahibə) uğurla keçən 20 nəfər ASAN könüllüsü SOCAR-da təcrübə imkanı əldə edib. Onlardan 4 nəfəri İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, qalanları isə hər biri 3 nəfər olmaqla “Neftqaztikinti” Trestində və “Azneft” İB-də, hər biri 2 nəfər olmaqla baş ofisin İnsan Resursları Departamentində, Heydər Əliyev adına Neft Emalı Zavodunda və Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, hər biri 1 nəfər olmaqla Ekologiya İdarəsində, Geofizika və Geologiya İdarəsində və “Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübə keçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.