İDMAN


“ASAN könüllüləri” arasında şahmat üzrə Vüqar Həşimov xatirə turnirinə yekun vurulub

Bakı, 12 yanvar, AZƏRTAC 

Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “ASAN könüllüləri” arasında ənənəvi şahmat turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sayca üçüncü olan bu turnir Binəqədi Gənclər evində təşkil edilib.

Dairəvi sistem üzrə beş turdan ibarət yarışda hər birinin heyətində dörd könüllü olan altı komanda mübarizə aparıb. Maraqlı idman mübarizəsi şəraitində keçirilən turnirdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin komandası qalib adını qazanıb. Turnirdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin komandası ikinci, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin təmsilçiləri isə üçüncü yerdə qərarlaşıblar.

Qaliblər diplom və kuboklarla təltif olunublar.

Turnir Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon gənclər və idman idarəsinin, “ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.