CƏMİYYƏT


ASAN könüllüləri tərəfindən təşkil olunan “Dostluq” turniri başa çatıb

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda “Dostluq” futbol turnirinin bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, bağlanış mərasimində final oyununda isə “Bir Könüllü” komandası qalib gələrək turnirin qalibi olub.

Xatırladaq ki, turnir “ASAN Könüllülük” Məktəbinin və “Qarabağ” futbol klubunun birgə əməkdaşlığı və “Badamlı” şirkətinin tərəfdaşlığı çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı, eyni zamanda, “Qarabağ” futbol klubunun oyunçusu və baş məşqçisi kimi fəaliyyət göstərmiş Allahverdi Bağırovun anadan olmasının 75-ci ilinə həsr olunub.

Aprelin 12-dən 23-dək keçirilən turnirdə ümumilikdə 12 qurumun komandaları iştirak edib.

Turnirin məqsədi gənclərin diqqətinin bu əlamətdar təqvim gününə cəlb edilməsi, Milli Qəhrəmanımızın əziz xatirəsinin anılması və könüllülər arasında təbliği olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.