CƏMİYYƏT


ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə

Bakı, 25 fevral, AZƏRTAC

“ASAN Könüllüləri” Təşkilatı tərəfindən İsveçin "Hestra" şirkətinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) vasitəsilə Azərbaycana ianə etdiyi uşaqlar üçün qış əlcəklərinin paylanılmasına başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əlcəklər Gəncə şəhərində, Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarının müharibədən ən çox zərərçəkmiş ərazilərində yaşayan, o cümlədən aztəminatlı ailələrin uşaqlarına təqdim olunacaq. Humanitar yardım ümumilikdə 8000 uşağı əhatə edəcək.

Pandemiyanın təsirinə məruz qalmış və BMT QAK-ın himayəsində olan qaçqın və sığınacaq axtaran şəxslərə bundan öncə də ASAN könüllüləri tərəfindən 800 ədəd bağlamada ərzaq yardımı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.