CƏMİYYƏT


ASAN növbə sistemində yenilik edilib

Bakı, 12 may, AZƏRTAC

ASAN növbə sistemində yenilik edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar mobil tətbiqlə yanaşı, mərkəzlərdə məlumat köşkü vasitəsilə növbəti gün üçün də istənilən xidmətə və istənilən mərkəzə, həmçinin www.asan.gov.az saytından (ASAN Login) onlayn növbə əldə edə bilərlər.

Həmçinin mərkəzlərdə xidməti pəncərələrdə yerləşdirilmiş xüsusi POS-terminallar vasitəsilə bank ödənişlərini onlayn qaydada daha asan həyata keçirmək olar.

Yaxın vaxtlarda isə QR kod vasitəsilə ödəmə imkanları yaradılacaq. Burada məqsəd vətəndaşların məmnunluğudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.