CƏMİYYƏT


“ASAN viza” TİMATİC nəşrində

“ASAN viza” TİMATİC nəşrində

Bakı, 20 iyun, AZƏRTAC

Viza qaydalarının beynəlxalq bilet satış agentləri vasitəsilə sərnişinlərə və xarici hava limanlarında xidmət personallarına tam çatdırılması məqsədilə Beynəlxalq Hava Nəqliyyat Assosiasiyasının (İATA) 1963-cü ildən nəşr olunan TİMATİC nəşrinin 2018-ci il may buraxılışında “ASAN viza” haqqında məlumat dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, nəşrdə ölkələrə vizanın verilməsi müddəti, eyni zamanda, “ASAN viza” vasitəsilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi və digər məlumatlar qeyd olunub.

Xatırladaq ki, TİMATİC sərhədkeçmə qaydalarının tələblərinin yerləşdirildiyi məlumat bazasıdır. Beynəlxalq aviaşirkətlər və hava limanları tərəfindən geniş şəkildə istifadə edilir və bu sahədə etibarlı mənbə sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.