“ASAN xidmət” əməkdaşları arasında minifutbol turniri təşkil olunub
AzerTAg.az
Bakı, 11 may, AZƏRTAC
“ASAN xidmət” əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar minifutbol turniri keçirilib. Turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, turnirin final mərhələsi ilə əlaqədar təşkil olunan tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər qonaqlar iştirak ediblər.
Turnirin qalibi Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin və Tovuz regional “ASAN xidmət” mərkəzinin komandası tutub.
Ümumilikdə aprelin 15-dən start verilən turnirdə 29 komanda iştirak edib.









Xəbərin mətnində orfoqrafik səhv var