QAN YADDAŞI


“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, ASAN Könüllərinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən guşələr təşkil olunub, məlumatlandırıcı videoçarxlar, təqdimatlar nümayiş etdirilib. Həmçinin regionlarda şəhidlər xiyabanları ziyarət olunub, Heydər Əliyev Mərkəzləri ilə birgə tədbirlər və fləşmoblar təşkil edilib.

Eyni zamanda, ASAN Könüllüləri “Qərənfillərin ağladığı gün” adlı əsəri səhnələşdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.