CƏMİYYƏT


“ASAN xidmət” mərkəzlərində “Yaşlı könüllülər” layihəsinin ikinci mərhələsinə start verilir VİDEO

Bakı, 13 iyun, AZƏRTAC 

“ASAN xidmət” mərkəzlərində “Yaşlı könüllülər” layihəsinin ikinci mərhələsinə start verilir. Təqaüdə çıxmış vətəndaşlar könüllülük fəaliyyəti üçün bütün “ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi “ASAN Könüllülük” Məktəbi vasitəsilə təqaüd yaşına çatmış şəxslərin təcrübə mübadiləsinə cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətdə aktiv rol oynamağa dəvət olunması, onlara sosial inteqrasiya və yeni insanlarla tanış olmaq imkanının yaradılmasıdır.

Layihə “Könüllülüyün yaşı yoxdur” şüarı altında həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.