CƏMİYYƏT


“ASAN xidmət” mərkəzlərində ulu öndər Heydər Əliyevə həsr olunan silsilə tədbirlər keçirilib

Bakı, 10 may, AZƏRTAC

Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “ASAN xidmət” mərkəzləri və ASAN könüllüləri tərəfindən silsilə tədbirlər həyata keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlər çərçivəsində Ulu Öndərin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliği, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinə təşviqi məqsədi müxtəlif sərgilər, intellektual oyunlar, xeyriyyə və idman tədbirləri, ekskursiyalar və görüşlər təşkil edilib.

Qeyd edilən tədbirlər sırasında ASAN könüllüləri tərəfindən leykozdan əziyyət çəkən uşaqlar üçün təşkil edilən xeyriyyə aksiyasını, Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin motivləri əsasında çəkilən filmlərin izlənilməsini, Sumqayıt şəhərində yaşayan gənclər üçün Ulu Öndərə həsr edilən şeir və musiqilərdən ibarət musiqili tədbiri, region gəncləri arasında maarifləndirici məqsədlə həyata keçirilən intellektual oyunları xüsusi vurğulamaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.