CƏMİYYƏT


“ASAN xidmət” təcrübəsinin Özbəkistanla bölüşülməsi ilə bağlı müzakirələr aparılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub. Səfər Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyinin dəvəti ilə həyata keçirilib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində “ASAN xidmət” təcrübəsinin Özbəkistanla bölüşülməsi, müvafiq sahədə həmin ölkədə həyata keçirilən fəaliyyətlə tanışlıq və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov ilə keçirilmiş görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyəti, uğurları barədə məlumat verilib, əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb. Həmçinin əldə etdiyi uğurlara görə "ASAN xidmət"in 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görüldüyü qeyd olunub.

Nazir iki ölkə arasında münasibətləri yüksək qiymətləndirərək dövlət xidmətlərinin göstərilməsi sahəsində tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması niyyətini bildirib. Qurumlar arasında geniş təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından razılıq əldə olunub.

Sonra Daşkənd və Buxara şəhərlərində yerləşən Dövlət Xidmətləri Mərkəzlərinə tanışlıq səfəri təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.