CƏMİYYƏT


“ASAN xidmət”ə 22 milyonuncu müraciət qeydə alınıb

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də “ASAN xidmət”ə 22 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC -a bildiriblər ki, bu müraciət Bakı şəhər sakini Nigar Balakişiyeva tərəfindən edilib. O, 9-108 sifarişli Səyyar “ASAN xidmətə müraciət edərək Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

Nigar Balakişiyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Xidmətin sifarişi 9-108 nömrəli “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytı vasitəsilə mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.