CƏMİYYƏT


“ASAN xidmət”in nümayəndəsi UCLG üzvlərinə Azərbaycan həqiqətlərini çatdırıb

Bakı, 29 oktyabr, AZƏRTAC 

Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG Afrika) təşəbbüsü ilə “COVID-19 və ondan sonrakı dövrdə Yerli və Regional Hökumətlərin və Vətəndaşların Afrikada Ehtiyacımız olan Şəhər üçün Öhdəliklərini Təşviq Etmək” mövzusunda onlayn tədbir keçirilib. Tədbir Dünya Şəhərlər Gününün qeyd edilməsi münasibətilə reallaşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin “Yerli İdarəetmə və Vətəndaş İştirakı: COVID-19 pandemiyasından öyrəndiklərimiz” sessiyasında agentliyin Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Məhəmmədəli Xudaverdiyev təqdimatla çıxış edib. O, Azərbaycanda şəhərlərin inkişafı, xidmət sahəsində vətəndaş iştirakı, pandemiya ilə mübarizədə Azərbaycan Respublikası Hökuməti tərəfindən ölkəmizdə görülmüş işlər barədə ətraflı məlumat verib. “ASAN xidmət” mərkəzləri vasitəsilə karantin rejimində belə dövlət xidmətlərinin maneəsiz əldə edilməsinin mümkünlüyü diqqətə çatdırılıb.

Tədbir iştirakçılarına Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü barədə ətraflı məlumat verilib. Ermənistan işğalının və hücumlarının dövlət xidmətlərinin göstərilməsi kontekstində yaratdığı problemlərdən, eyni zamanda, mülki əhaliyə və şəhər infrastrukturuna dəymiş genişmiqyaslı zərər barədə bəhs olunub.

Xatırladaq ki, 2018-ci il iyunun 23-də Mərakeş Krallığında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatı (UCLG Afrika) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi Afrika şəhər və yerli hökumət orqanlarında yüksək keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə insan resurslarını gücləndirmək, yerli idarəetmə orqanlarının dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” təcrübəsi əsasında daha mükəmməl formada təşkilatlandırmaqdır.

Təqdimat çoxsaylı suallar, şərhlər, sual-cavablarla müşayiət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.