CƏMİYYƏT


“ASAN xidmət”in rəsmi internet səhifəsi “NETTY2018”in qalibi olub

Bakı, 9 iyun, AZƏRTAC

“NETTY2018” Azərbaycanın milli internet mükafatının 14-cü mükafatlandırma mərasimi baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, “Dövlət saytı” nominasiyasında “ASAN xidmət”in rəsmi internet səhifəsi - www.asan.gov.az birinci yerə layiq görülüb.

Xatırladaq ki, “ASAN xidmət” ikinci dəfədir eyni nominasiyada qalib olur.

NETTY-2018 Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.