CƏMİYYƏT


“ASAN xidmət”in şəhid ailə üzvləri və qazi əməkdaşları Şuşaya səfər ediblər

Bakı, 25 may, AZƏRTAC

“Şuşa İli” çərçivəsində və 28 May – Müstəqillik Günü ərəfəsində Şuşa şəhərinə təşkil olunan səfərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və tabeliyində olan qurumlarda, həmçinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində çalışan şəhid ailə üzvləri, müharibə veteranları və əlilləri olmaqla ümumilikdə 116 nəfər iştirak edib.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iştirakçılar Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Zaur Hüseynov, “Qarabağ” ordenli, ehtiyatda olan polkovnik-leytenant Şəmşir Həziyev, “Vətən uğrunda” medalı ilə təltif olunan, ehtiyatda olan baş gizir Bəhram Əhmədovla görüşüblər. Onlar Vətən müharibəsindəki döyüş yolu və xatirələrindən bəhs ediblər.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən söz açıb. Diqqətə çatdırılıb ki, Zəfərin əldə edilməsində canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi Azərbaycan xalqı tərəfindən daim dərin ehtiramla yad edilir.

Səfər müddətində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə ediblər. Belə ki, onlar Cıdır düzünə, Molla Pənah Vaqifin məqbərəsinə, Şəhər meydanına, Şuşa Qala divarına ekskursiya ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.