CƏMİYYƏT


“ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi ilə görüşüb.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Salmanov qonağa “ASAN xidmət” mərkəzləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bundan başqa, “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonağın diqqətinə çatdırılıb. Eyni zamanda, qonağa Elektron Hökumətin İnkişafı Mərkəzinin, ABAD-ın, eləcə də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.

Görüş çərçivəsində, həmçinin 2015-ci ilin dekabr ayında Dövlət Agentliyi ilə İtaliyanın müvafiq qurumu arasında imzalanmış “Dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun implementasiyası çərçivəsində işlərin davam etdirilməsinin zərurəti də vurğulanıb.

Qonaq “ASAN xidmət”, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrin onda böyük təəssürat yaratdığını, bundan sonra da müvafiq istiqamətlər üzrə əməkdaşlığın genişlənəcəyini ifadə edib.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.