MƏDƏNİYYƏT


“ƏSA” Teatrı “Adamlar və siçanlar” tamaşasını növbəti dəfə göstərəcək

“ƏSA” Teatrı “Adamlar və siçanlar” tamaşasını növbəti dəfə göstərəcək

Bakı, 2 fevral, AZƏRTAC

Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkəmizin ilk və tək inklüziv teatrı – “ƏSA” amerikalı yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin ən çox sevilən əsərlərindən biri olan “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın növbəti nümayişini həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, quruluşçu rejissoru Nihad Qulamzadə olan tragikomediya fevralın 12-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim olunacaq.

Qeyd edək ki, əsər Kaliforniyada böyük böhran vaxtı fəhlə kimi işləyən iki dostun, Corc Milton və Lenni Smolun həyatından bəhs edir. Tamaşa insanlara mərhəmət, alicənablıq hissi, eləcə də xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.