MƏDƏNİYYƏT


ƏSA Teatrı “Qarabağ – hər kəsin ortaq arzusu” adlı sosial videoçarx hazırlayıb

Bakı, 14 noyabr, AZƏRTAC

Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycan Respublikasının ilk inklüziv ƏSA Teatrı “Qarabağ – hər kəsin ortaq arzusu” adlı sosial videoçarx hazırlayıb.

Teatrdan AZƏRTAC-a verilən məlumata görə, videoda aktrisa Günay Məmmədova, aktyorlar İmran Lalayev və Rəsul Zəkiyev çəkiliblər.

Ən yaxın zamanda ölkəmizin işğaldan azad olunan bölgələrinə gedərək, arzularını reallaşdırmaq istəyən videoçarx iştirakçıları Qarabağ sevgisinin və həsrətinin xalqımızın hər bir nümayəndəsində olduğunu və arzularımız fərqli olsa da, bu arzuların ünvanının bir olduğunu vurğulayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.