MƏDƏNİYYƏT


“ƏSA” Teatrı “Yuxum” adlı yeni tamaşasını təqdim edib

Bakı, 2 may, AZƏRTAC

Fiziki imkanları məhdud olan aktyorların oynadığı ilk Azərbaycan teatrı “ƏSA” mayın 2-də Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində Uilyam Şekspirin “Yay gecəsində yuxu” komediyası əsasında “Yuxum” adlı tamaşa təqdim edib.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nicat Qulamzadədir.

Kollektivin çıxışı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “ƏSA” Teatrı daha əvvəl “DUMB Mərhələsinin Əsası” tamaşasını tamaşaçıların mühakiməsinə verib, bununla da Azərbaycanın teatr sənətində bir növ yeni mərhələnin başlanğıcını qoyub. Bu yaradıcı kollektivin fəaliyyətinin əsas məqsədi cəmiyyətin dıqqətini fiziki imkanları məhdud olan insanların problemlərinə cəlb etmək, onların cəmiyyətə inteqrasiyasına kömək göstərmək, aralarından gənc istedadları üzə çıxarmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.