MƏDƏNİYYƏT
ƏSA Teatrı yeni mövsümdə “Xəsisin andı” dramatik-komediyasını təqdim edəcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı fransız komediya yazarı Molyerin “Xəsis” əsəri əsasında hazırlanmış “Xəsisin andı” dramatik-komediyasını təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, tamaşa sentyabrın 28-də Akademik Rus Dram Teatrında nümayiş olunacaq.
Molyerin “Xəsis” komediyasında hadisələr orta əsrlər Parisində baş verir. Varlı və xəsis Qarpaqonun iki övladı var: Kleant və Eliza. Kleant anası ilə kasıb həyat tərzi yaşayan Mariana adlı xanımla evlənmək istəyir, Eliza isə atasının qulluğunda duran Valer adlı xidmətçiyə aşiqdir. Uşaqlarının sevgi macəraları bilməyən Qarpaqon isə uşaqlarını varlı insanlarla evləndirmək istəyir. Oğlunun sevdiyi Mariananı isə hiyləgər Frozina sayəsində özünə gəlin gətirmək arzusundadır…
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]