CƏMİYYƏT
ASCO Ramazan bayramı ilə əlaqədar məcburi köçkün ailələrinə bayram sovqatı paylayıb
Bakı, 27 may, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri bütün müsəlman dünyasının müqəddəs bayramlarından olan Ramazan bayramı ərəfəsində Gəmiçiliyin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar.
Bayram sovqatlarını qəbul edən sakinlər onlara hər zaman göstərilən yüksək qayğıya görə Azərbaycan Prezidentinə və ASCO-nun rəhbərliyinə minnətdarlıqlarını bildirib, bayram arzularını dilə gətiriblər.