İQTİSADİYYAT


ASCO küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib

ASCO küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib

Bakı, 27 iyul, AZƏRTAC

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) küləkli hava şəraiti ilə əlaqədar Xəzər dənizində üzən gəmilərinə xəbərdarlıq göndərib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, xəbərdarlıqda deyilir ki, iyulun 27-si axşam saatlarından Xəzər dəniz akvatoriyasında şimal-qərb küləyinin 19-24, arabir 28-33, açıq dənizdə 35 metr/saniyəyə kimi güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-4.0, sonrakı inkişafda 5.0-7.0 metrə çatacağı proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.