İQTİSADİYYAT


ASCO-nun əməkdaşları üçün “Kibertəhlükəsizlik” mövzusunda təlim təşkil olunub

Bakı, 10 may, AZƏRTAC

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) əməkdaşları üçün "Kibertəhlükəsizlik" mövzusunda təlim keçirilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, "Deloitte Azərbaycan" şirkətinin nümayəndələrinin apardığı təlimdə kibertəhlükəsizliyin əhəmiyyəti barədə ətraflı məlumat verilib. İştirakçılara dünya gəmiçilik nəhənglərinin yoluxduğu viruslar, bunun nəticəsində məruz qaldıqları maddi ziyanlardan danışılıb, həmin hadisələrdən çıxarıla biləcək nəticələr müzakirə olunub. Son illər ən çox yayılmış hücum texnikalarından olan sosial mühəndislikdən danışan təlimçilər onlara qarşı mübarizə aparmağın üsullarından da söz açıblar. Bildirilib ki, sosial mühəndislər özlərini güvənilən şəxs, daxili proseslərdən xəbərdar kimi təqdim etməklə işləyirlər.

Təlimdə kibertəhlükəsizlik istiqamətində daha ciddi tədbirlilik və məlumatlılığın təmini, kiber hazırlığın yüksək səviyyəyə çatdırılması üçün kiber idarəetmə və kiber strategiyanın əhəmiyyəti də diqqətə çatdırılıb.

İnteraktiv formada təşkil olunan təlimdə iştirakçıların mövzu ətrafında fikirləri dinlənilib, sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.