İQTİSADİYYAT


ASCO-nun təlim-tədris mərkəzində təhlükəsizlik təlimi keçirilib

Bakı, 3 oktyabr, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən təlim-tədris mərkəzində “Total”, “Saipem”, BP şirkətlərinin müxtəlif ölkələrdən olan nümayəndələrinin iştirakı ilə əsas təhlükəsizlik təlimi keçirilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, təlimi ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakis aparıb. Təlim zamanı iştirakçılara təhlükəsizlik standartları, məqsəd və tələblər izah olunub. Beş günlük əsas təhlükəsizlik təlimi IMO Model Kurslarının 1.19, 1.20, 1.13, 1.21 təlimatlarına əsaslanır. 2010-cu ildə qəbul olunmuş yeni IMO tələblərinə əsasən bu təlim dəniz nəqliyyatı vasitələrində çalışan bütün dənizçilər üçün məcburidir. Nəzəri və praktik məşğələlərdən ibarət olan təlim özündə fərdi sağ qalma texnikası, yanğının qarşısının alınması və yanğınla mübarizə, ilk yardım, fərdi təhlükəsizlik və sosial məsuliyyət məsələlərini birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.