İQTİSADİYYAT


ASCO tullantıların ekologiyaya mənfi təsirlərinin minimuma endirilməsini diqqətdə saxlayır

Bakı, 10 avqust, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

QSC-dən AZƏRTAC-a bildirilib ki, cari ilin birinci yarısının nəticələrinə görə, ASCO gəmilərindən 60,19 kubmetr plastmas, 360 kubmetr qida qalığı, 322,55 kubmetr məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 58,185 kubmetr istismar tullantısı, 4,71 kubmetr elektron tullantı, 77 kubmetr şlam, neft qalığı, 2701 kubmetr döşəməaltı lyal sular, 47 min 848,65 kubmetr məişət təsərrüfatına aid çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 74,4 kubmetr çən dibində formalaşmış neftli şlam, 7,119 ton yanmış qəlib qumu, 615,23 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 44 min 413 ton məişət çirkab suyu, 667 ton neftli döşəməaltı-lyal su, 92,707 ton sürtgü yağı, 3184,902 kubmetr məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 575,39 kubmetr qida qalığı, 207,79 kubmetr polimer əsaslı və plastmas tullantı, 81,01 kubmetr yağlı və neftli tullantı, 42,3 kubmetr müxtəlif rezin tullantı, 10 ədəd akkumulyator və halvanik element, 387,45 kubmetr istismar tullantı, 14,5 kubmetr elektron tullantı, 7,55 kubmetr tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 33,99 kubmetr müxtəlif ölçülü əşya yığılıb təhvil verilib.

Yanvar-iyul aylarında ümumilikdə 1139,658 ton silinmiş qara metal, 2,19 ton əlvan metal isə təkrar emala göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.