SİYASƏT
ƏSGƏRLƏRLƏ GÖRÜŞ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “N” hərbi hissəsində olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ali Məclisin sədri hissədə xidmət göstərən hərbçilərlə görüşmüş, onların sosial-məişət şəraiti ilə tanış olmuş,
gətirdiyi sovqatı əsgərlərə təqdim etmişdir. Müxtəlif çeşidli əşyalar arasında rəngli televizor, video və audio maqnitofonlar, radioqəbuledicilər, isti geyim dəstləri, elektrik generatoru, məişət avadanlıqları, ərzaq məhsulları vardır.
Ali Məclisin sədri şəxsi heyyətin nümunəvi xidmət göstərən əsgər və zabitlərinə qol saatları bağışlamışdır.
Sonra o, hərbi hissədə inşa edilən əsgər yataqxanasının tikintisinin gedişi ilə maraqlanmışdır.