MƏDƏNİYYƏT
AŞIQ SƏNƏTİNİN TANINMIŞ NÜMAYƏNDƏSİNİN YUBİLEYİ VƏ KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Milli Məclisin deputatı, xalq şairi Zəlimxan Yaqub tədbiri açaraq, yubilyarın şer yaradıcılığından və insani keyfiyyətlərindən danışmış, Çopur Ələsgərin azman aşıqlar diyarı Tovuzda sayılıb seçilmək, ad çıxarmaq şərəfinə nail olduğunu bildirmişdir.
Milli Məclisin deputatı İbrahim İsayev, folklorşünas alimlər Mürsəl Həkimov, Elxan Məmmədov və başqaları Azərbaycanda aşıq sənətinin inkişafında, təbliğində, gənc kadrların yetişməsində Çopur Ələsgərin fəaliyyətindən söz açmış, onun həm əvəzsiz ifaçı, həm də aşıq şerinin müxtəlif formalarında dəyərli şerlər yazdığını vurğulamışlar.
Sənət dostları yubilyara həsr etdikləri şerləri oxumuş, ona cansağlığı, yaradıcılıq uğurları arzulamışlar.
İştirakçılara “Çopur Ələsgər” kitabı təqdim olunmuşdur.